20 
Sen
2018
11:24
20
272
5553
Virtual karabakh

Azərbaycanda Ukrayna vətəndaşını qarət etdilər – VİDEO

20 Sen, 2018
11:24
5553

Azərbaycanda Ukrayna vətəndaşını qarət etdilər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirdəki marketlərdən birində Ukrayna vətəndaşına məxsus içərisində pul və sənədlər olan pulqabı oğurlanıb.

Oxu.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, oğurluq hadisəsi mağazadakı müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb. 

Sənədləri oğurlanan qadının vətəndaşı olduğu ölkəyə qayıtması üçün verilən müddət azalır. Əslən Gədəbəyin Xarxar kəndindən olan Ukrayna vətəndaşı Aygünə Musayeva Şəmkirdəki mağazalardan birində paltarlara baxarkən əl çantasından pulqabı götürülüb. 

Hadisə ilə bağlı dərhal polisə məlumat verilib. Məsələ ilə bağlı Şəmkir polisindən bildirilib ki, hadisəni törədən şəxsin axtarışları davam etdirilir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri