21 
Sen
2018
11:33
112
26
3437
Virtual karabakh

Bakıda gözəllik salonunu yaran qadın ələ keçdi

21 Sen, 2018
11:33
3437

Bakıda gözəllik salonunu yaran qadın ələ keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda gözəllik salonundan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın işlədiyi F.Yusifov küçəsində yerləşən gözəllik salonunda içərisində 1300 manat və 500 ABŞ dolları olan pulqabının oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. 

Onun paytaxt sakini Ə.Əhmədova olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri