25 
Sen
2018
14:32
194
25
5261
Virtual karabakh

Rüşvətxor baş həkim və yeddi əməkdaşı məhkəmə qarşısında

25 Sen, 2018
14:32
5261

Rüşvətxor baş həkim və yeddi əməkdaşı məhkəmə qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran Rayonlararası Onkoloji Dispanserinin baş həkimi Əli Əliyev məhkəmə qarşısına çıxarılır.

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, onun barəsində həbs-qətimkan tədbiri iyunun 1-də seçilib. 

Baş hakimə qarşı Cinayət Məcəlləsinin 311.1. (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) və daha bir neçə maddə ilə cinayət işi açılıb. 

Onunla birlikdə Dispanserin bir neçə həkimi də həbs edilib. Həbs edilənlərin sayı ümumilikdə səkkiz nəfərdir. Həmin şəxslərin cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılacaq. 

Məhkəmənin hazırlıq iclası sentyabrın 27-nə təyin edilib.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri