16 
Okt
2018
14:13
25
39
3829
Virtual karabakh

“Kitayski” dollar satanlar məhkəmədə ifadə verdi

16 Okt, 2018
14:13
3829

“Kitayski” dollar satanlar məhkəmədə ifadə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul satmaqda təqsirləndirilən Çin Xalq Respublikasının vətəndaşları Chen Meng Lin, Lin Zhi Fanq və Rusiya Federasiyası vətəndaşı Məhəmmədrəsul Rəsulovun cinayət işi üzrə məhkəmənin prosesi keçirilib. 

Oxu.Az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. 

Elan olunmuş ittiham üzrə hər üç şəxs özünü təqsirli bilmədiyini deyib. 

Sonra şahid qismində “Rabitə Bank”ın “Yasamal” filialının əməkdaşı Elvin Binyətov ifadə verib. O deyib ki, hadisə zamanı həmin şəxslərdən Məhəmmədrəsul Rəsulov banka yaxınlaşıb ABŞ dolları verib:

“Digər şəxslər isə ondan əvvəl banka daxil olub, sonra çölə çıxmışdı. Kassada pullar yoxlanılan zaman saxta olduğu məlum oldu. Biz də akt tərtib edib, aidiyyəti quruma məlumat verdik”.

“Rabitə Bank”ın “Yasamal” filialının xəzinadarı Elçin İbrahimov da ifadəsində M.Rəsulovun  kartına 20 min dollar köçürmək istəyi ilə bağlı banka gəldiyini deyib:

“Pulların üzünə baxanda da saxta olduğu bilinirdi. Lakin onun təqdim etdiyi dollar 18 min 900 idi. Dollarların saxta olduğunu Rəsula deyəndə pulların ona məxsus olmadığını bildirdi. Çin vətəndaşları isə bankdan kənarda dayanmışdı”.

Məhkəmə iclası oktyabrın 23-də davam etdiriləcək. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri