16 
Okt
2018
15:00
63
31
5957
Virtual karabakh

Müdirini öldürən satıcıya ağır cəza

16 Okt, 2018
15:00
5957

Müdirini öldürən satıcıya ağır cəza

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, V.Novruzov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sumqayıt şəhər ərazisində yerləşən meyvə-tərəvəz dükanının sahibi Vüqar Quliyev satıcı Vüsal Novruzov tərəfindən qətlə yetirilib. 

Belə ki, dükanın sahibi satıcını səhər işə gec gəldiyi üçün danlayıb. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı satıcı Vüsal Novruzov dükanın sahibini bıçaqlayaraq qətlə yetirib.

Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri