18 
Okt
2018
14:03
82
33
3995
Virtual karabakh

Yeznəsini və bacısının qayınatasını güllələyən şəxsə cəza tələbi

18 Okt, 2018
14:03
3995

Yeznəsini və bacısının qayınatasını güllələyən şəxsə cəza tələbi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Tural Tarverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu. Az xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fəhmin Hümbətov çıxış edib. 

O, T.Tarverdiyevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

İclas oktyabrın 25-dək təxirə salınıb. 

İttiham aktına əsasən, hadisə ötən ilin dekabr ayında Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib. Qəsəbə sakini Tural Tufan oğlu Tarverdiyev Sabunçu rayonu, Ramana qəsəbəsində bacısının həyat yoldaşının yaşadığı evə gəlib.

O, həmin evdə yeznəsi Anar Vaqif oğlu Rəsulov və onun atası Vaqif Rəsulova ov tüfəngi ilə atəş açaraq, onları öldürməyə cəhd edib. Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

T.Tarverdiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Qeyd edək ki, T.Tarverdiyev Cinayət Məcəlləsinin 29.120-cü (adam öldürməyə cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham olunur.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri