20 
Okt
2018
14:20
33
480
14648
Virtual karabakh

Bakı və Sumqayıtda avtobus piyadaları vuraraq öldürüb

20 Okt, 2018
14:20
14648

Bakı və Sumqayıtda avtobus piyadaları vuraraq öldürüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı və Sumqayıt şəhərlərində marşrut avtobusu piyadaları vuraraq öldürüb.

Daxili İşlər Nazirliyindən Oxu.Az- a verilən məlumata görə, oktyabrın 19-da saat 11:00 radələrində Sabunçu qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini Zaur Quliyev idarə etdiyi “Daewoo” markalı, 131 saylı xətt avtobusu ilə yolu keçən Zabrat qəsəbə sakini Aysel Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Analoji hadisə Sumqayıtda da qeydə alınıb. Oktyabrın 19-da saat 07:00 radələrində Sumqayıt şəhərinin Babək küçəsində Abşeron rayon sakini Ramiz Abbasov idarə etdiyi “Hyundai” markalı, 522 saylı xətt avtobusu ilə yolu keçən 50-55 yaşlı kişini vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri