23 
Okt
2018
16:20
123
26
6716
Virtual karabakh

Prokuror Xırdalandakı atışmada iştirak edən şəxslərə cəza istədi

23 Okt, 2018
16:20
6716

Prokuror Xırdalandakı atışmada iştirak edən şəxslərə cəza istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və digər ağır cinayətlər törətməkdə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi RuszpeykarMəhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. 

O, X.Paşayevin 20 il, K.Həsənovun 19 il, B.Bayramov 19 il, A.Ruszpeykarın 14 il və M.Əhmədovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Proses oktyabrın 30-dək təxirə salınıb. 

Qeyd edək ki, hadisə ötən il Xırdalan şəhəri, 28-ci məhəllədə - bazarın yaxınlığında baş verib.

İnsident nəticəsində 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib. Digər şəxs - 1985-ci il təvəllüdlü, Qəbələ rayon sakini Paşayev Xəyal Oqtay oğluna odlu silahdan üç atəş açılıb, o, qarın və qol nahiyələrindən yaralanıb. 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan X.Paşayev əməliyyat olunub və onun həyatını xilas etmək mümkün olub.

Daha sonra Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barələrində həbs-qətimkan tədbiri seçilib.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri