Noy
2018
14:02
92
30
3717
Virtual karabakh

Yardımlıda meşəbəyinə cinayət işi açıldı

1 Noy, 2018
14:02
3717

Yardımlıda meşəbəyinə cinayət işi açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yardımlı rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 1 saylı sahəsinin meşəbəyisi Məmişov Anar Əmin oğlu barəsində cinayət işi açılıb. 

Oxu.Az-ın məlumatına görə, verilən ittihama əsasən, A. Məmişov vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində üzərinə düşən vəzifəni lazımi qaydada yerinə yetirməyib. 

O, müəssisənin qanuni mənafeyinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq edib. 

Bu səbəbdən A. Məmişov barəsində 314.1. (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, və o, istintaqa cəlb edilib. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri