Noy
2018
13:56
333
19
11010
Virtual karabakh

Məktəblini qəbiristanlıqda öldürmək istəyən şəxs həbs edildi

2 Noy, 2018
13:56
11010

Məktəblini qəbiristanlıqda öldürmək istəyən şəxs həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 1998-ci il təvəllüdlü Möhsüm Bağırovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Oxu.Az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Sonra prokurorun vəsatəti əsasında M.Bağırov barəsində seçilən polisin nəzarəti altına verilmə qətimkan tədbiri həbslə əvəz edilib. 

O, məhkəmə iclas zalında həbs olunub. 

Məhkəmə baxışı noyabrın 13-nə təyin edilib. 

İttihama görə, M. Bağırov bayramla əlaqədar partlayıcı maddə almaq istəyib və bunu qonşusu, 6-cı sinif şagirdi Nicat Abdullayevə təklif edib. 

Sonuncu bundan imtina etdiyi üçün, onu qəbiristanlığa aparıb. 

Qəbiristanlıqda Nicatın başına daşla vuraraq, onu öldürməyə cəhd edib.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri