Noy
2018
12:25
221
192
13851
Virtual karabakh

Prokuror Fədayə Laçına cəza istədi - 6 İL

5 Noy, 2018
12:25
13851

Prokuror Fədayə Laçına cəza istədi - 6 İL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Kəngərli çıxış edib. 

O deyib ki, təqsirləndirilən şəxslərin cinayəti məhkəmə istintaqı zamanı tam sübuta yetirilib.  

Prokuror Ceyhun Səmədovun 10 il, Fuad Hacıyevin 8 il 6 ay, Tural Poladxanovun 8 il 6 ay, Bəhruz Abdullayevin 10 il, Əli Ağaminin 20 il, Məhəmməd Hacıyevin 8 il, Günay Atakişiyevanın 7 il, İsrafil Soltanovun 8 il, Şahlar Bəyəlizadənin 8 il, Anar Əsgərovun 8 il, Tərlan Zeynalovun da 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.  

Prokuror müğənni Fədayə Laçının isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Sonra təqsirləndirilən Tərlan Zeynalovun vəkili Eynulla Vəliyev müdafiə nitqi ilə çıxış edib. 

O deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində azadlıqdan məhrumetmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma cinayətinin təkibi yoxdur:

“Ona görə ki, Etibar Məmmədov həbsdən qaçdıqdan sonra Tərlan Zeynalova müraciət edib və sonuncu Etibarı görənə kimi onun qaçmasından xəbəri olmayıb. Yalnız ona bir qohum kimi göndərilən pulu çatdırıb.

Bu cinayət qanunu yalnız qaçan şəxsə şamil olunmalıdır. Ona qarşı digər ittiham da verilib ki, guya cinayət barəsində xəbər verməyib və ya qabaqcadan vəd etmədən cinayəti gizlədib. Bu halda ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə nəzərdə tutulur. 

Belə qəbul etsək ki, Tərlan Zeynalov Etibar Məmmədovun qaçmasını bilib və xəbər verməyib. Qaçma az ağır cinayət olduğundan onun əməlində Cinayət Məcəlləsinin 307.3-cü maddəsinin tərkib əlamətlərinin olması absurddur”. 

Vəkil onu da əlavə edib ki, T.Zeynalovun əməlində hər hansı cinayət tərkibi olmadığı üçün ona bəraət verilməlidir. 

Proses noyabrın 12-də davam etdiriləcək.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri