Noy
2018
16:08
178
28
9923
Virtual karabakh

Vergilər Nazirliyinin əməkdaşı barəsində cinayət işi açıldı

6 Noy, 2018
16:08
9923

Vergilər Nazirliyinin əməkdaşı barəsində cinayət işi açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Həsənov Vidadi Adil oğlu barəsində cinayət işi açılıb. 

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, cinayət işinin başlanmasına səbəb V.Həsənovun vətəndaşdan əsassız olaraq 100 manat pul tələb etməsi barədə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə ünvanlanmış müraciət əsasında toplanmış materiallar olub. 

Buna görə V.Həsənov haqqında Cinayət Məcəlləsinin 309.1-ci (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə cinayət işi açılıb. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri