Noy
2018
16:57
271
21
10012
Virtual karabakh

Baldızının qızına təcavüz edənə ağır cəza

7 Noy, 2018
16:57
10012

Baldızının qızına təcavüz edənə ağır cəza

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Kamil Göyüşovun cinayət işi üzrə məhkəmə başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  

Hökmə əsasən, K.Göyüşov 13 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, K.Göyüşov 14 yaşına çatmayan baldızı qızı Zümrüd Əliyevaya (ad-soyad şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib. 

Ona qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri