14 
Noy
2018
10:51
31
49
3685
Virtual karabakh

“Qızıl işi”ndə günahlandırılan qadın həbs edildi

14 Noy, 2018
10:51
3685

“Qızıl işi”ndə günahlandırılan qadın həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Minarə Fərzəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, M.Fərzəliyeva beş il müddətinə azadlıqdan məhrum edilib. 

Onun barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri həbs-qətimkan tədbiri ilə dəyişdirilib və o, məhkəmə zalında həbs olunub. 

İttihama görə, M.Fərzəliyeva qızıl ticarəti adı ilə Zümrüd Göyüşovaya məxsus “Laçın” Ticarət Mərkəzində qızıl dükanından 132 min manat dəyərində qızıl alıb və geri qaytarmayıb.

M. Fərzəliyeva isə pulun 132 min manat deyil, 20 min manat məbləğində olduğunu iddia edir. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri