15 
Noy
2018
20:41
232
38
4574
Virtual karabakh

Kirayə qaldığı evin mebelini satan ər-arvad məhkəmə qarşısında

15 Noy, 2018
20:41
4574

Kirayə qaldığı evin mebelini satan ər-arvad məhkəmə qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluğa cəhddə təqsirləndirilən Qadir Məmmədov Sevgül Əmirxanovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Oxu.Az xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

İttihama münasibət bildirən hər iki şəxs özünü təqsirli bilib. 

Sonra iş üzrə zərərçəkmiş şəxs - Nailə Məmmədova ifadə verib. O, ifadəsində dəymiş ziyanın ödənilmədiyini deyib:

“Mənə vurulan ziyan ödənilməyib. Əgər ziyan ödənilməsə, hər iki şəxsə ağır cəza verilməsini istəyirəm”. 

Məhkəmə iclası noyabrın 22-dək təxirə salınıb. 

İttihama görə, rəsmi nikahda olan Q. Məmmədov və S. Əmirxanova kirayə qaldığı Nailə Məmmədovaya məxsus mənzilin mebelini satıblar. Onlar mebeli və mənzilin özlərinə məxsus olduğunu iddia ediblər. Qonşular ev əşyalarının satıldığını görəndə, N. Məmmədovaya xəbər veriblər. Qadının şikayəti əsasında Q. Məmmədov həbs edilib, S.Əmirxanova barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri