17 
Noy
2018
18:15
293
19
4411
Virtual karabakh

Sumqayıtda avtomobil oğruları tutuldu

17 Noy, 2018
18:15
4411

Sumqayıtda avtomobil oğruları tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 16-da Sumqayıtda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-dən Oxu.az-a verilən xəbərə görə, Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda şəhər ərazisində “Volkswagen”, “Toyota”, “KİA”, “Opel”  və “Nissan” markalı beş avtomobildən pul, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Emin Duduyev saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş Ceyhun Ələkbərovun ətrafında Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində isə onun şəhər ərazisində daha dörd avtomobildən məişət əşyaları və akkumulyator oğurlaması müəyyən edilib. 

İstintaq-əməliyyat tədbirləri aparılır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri