19 
Noy
2018
12:30
29
115
2939
Virtual karabakh

Gəncə hadisələri ilə bağlı həbs edilən 11 nəfərin işi məhkəməyə göndərilir

19 Noy, 2018
12:30
2939

Gəncə hadisələri ilə bağlı həbs edilən 11 nəfərin işi məhkəməyə göndərilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 10-da Gəncə şəhərində törədilmiş iğtişaş zamanı həbs edilən 11 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Oxu.Az xəbər verir ki, hazırda tərəflər cinayət işi materialları ilə tanış olurlar. 

Tanışolma mərhələsi bitdikdən sonra cinayət işi ərazi üzrə məhkəməyə göndəriləcək. 

Həmin şəxslər Cinayət Məcəlləsinin 220.1 (Zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.1 (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələri ilə ittiham edilir. 

Qeyd edək ki, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumata görə, iyulun 10-da Gəncə şəhərində qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami rayon Polis idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanılıb.

Daha sonra polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşların yaxından köməyi ilə tutularaq istintaqa təhvil verilib. Rəşad Böyükkişiyev isə keçirilən əməliyyat zamanı məhv edilib.

Sentyabrın 28-də baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib ki, Gəncə hadisələri ilə bağlı 77 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 11 nəfər haqqında axtarış elan edilib.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri