19 
Noy
2018
12:57
16
174
5801
Virtual karabakh

Vəkil: Fədayə Laçınla birlikdə həbs olunan qadın vərəmdir

19 Noy, 2018
12:57
5801

Vəkil: Fədayə Laçınla birlikdə həbs olunan qadın vərəmdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Şahmar Bəyəlizadənin vəkili Rəna Məmmədova müdafiə çıxışı edib. 

O, müvəkkilinin günahsız olduğunu, Ş.Bəyəlizadənin Etibar Məmmədovu əvvəllər tanımadığını bildirib:

“Etibar Məmmədovu onun evinə İlqar adlı şəxs gətirib və ondan dərman alması xahiş edilib. Şahmar isə dərmanı alandan sonra İlqar qonağını onunla birgə yola salmağını istəyib. Yolda gedən zaman atışma düşüb və Etibar maşının baqajından çıxaraq güllə atıb”.

Vəkil müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib. 

Təqsirləndirilən Günay Atakişiyevanın vəkilləri də müdafiə çıxışı edib. Onlar müvəkkillərinin vərəm xəstəsi olduğunu deyib və G.Atakişiyeva barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş ediblər. 

Təqsirləndirilən Bəhruz Abdullayevin vəkili Ziyad Abbaszadə müdafiə çıxışında müvəkkilinin günahsız olduğunu qeyd edib. O, B.Abdullayevin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 

Məhkəmə prosesi noyabrın 26-dək təxirə salınıb. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri