Dek
2018
11:10
101
21
7352
Virtual karabakh

Tanınmış cərrahın məhkəməsi başlayır

3 Dek, 2018
11:10
7352

Tanınmış cərrahın məhkəməsi başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Elmed” Tibb Mərkəzinin cərrahı Məhəmməd Nəciyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Oxu.Az xəbər verir ki, cinayət işi araşdırılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

İş hakim Vüqar Məmmədovun icraatında araşdırılacaq.

Qeyd edək ki, “Elmed” Tibb Mərkəzində ölüm hadisəsi bu il oktyabr ayında baş verib. 1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11:00 radələrində “öd daşı və kəskin kalkulyoz” diaqnozu ilə “Elmed” Tibb Mərkəzinə daxil olub və əməliyyata götürülüb.

H.Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21:00 radələrində dünyasını dəyişib.

M. Nəciyevə qarşı Cinayət Məcəlləsinin (CM) 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. 

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri