Dek
2018
18:35
24
107
4764
Virtual karabakh

Məhkəmədə bağça müdiri ilə müavini arasında mübahisə düşdü

3 Dek, 2018
18:35
4764

Məhkəmədə bağça müdiri ilə müavini arasında mübahisə düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva Azər Əliyevin cinayət işi məhkəmə iclası davam etdirilib. 

Oxu.Az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxs qismində Samirə Quliyeva dindirilib.

O deyib ki, bağçaya dayə kimi işə düzəlmək məqsədilə 1200 manat məbləğində pul verib:

“Pulumu indiyədək qaytarmayıblar, buna görə mənə vurulan ziyanın ödənilməsini tələb edirəm”. 

Sonra digər zərərçəkmiş Şəhla Heydərova ifadə verib. O deyib ki, işə düzəlmək üçün Tərlan Bağırova dörd min manat pul verib, lakin hələ də ona dəyən ziyan ödənilməyib. 

Təqsirləndirilən Aləmzar Əliyeva zərərçəkmişə sual vermək istəyərkən digər təqsirləndirilən Tərlan Bağırova ona mane olub. T.Bağırova iddia edib ki, pul ona yox, Aləmzara verilib. A.Əliyeva isə bunu inkar edib və zərərçəkmişdən pul almadığını bildirib. 

Bu zaman hər iki şəxs arasında mübahisə yaranıb. Hakim tərəfləri sakitləşdirib, onları iltizama dəvət edib. 

Proses dekabrın 10-da davam etdiriləcək. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri