Dek
2018
12:21
19
273
16578
Virtual karabakh

Səkkiz yaşlı qız Bakıda məhkəmədə ağladı: Ağzımı tutdu ki, qışqırmayım

4 Dek, 2018
12:21
16578

Səkkiz yaşlı qız Bakıda məhkəmədə ağladı: Ağzımı tutdu ki, qışqırmayım

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Osman Ziyadovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Oxu.Az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib. 

İttihama münasibət bildirən O.Ziyadov özünü təqsirli bilmədiyini deyib. 

Sonra zərərçəkmiş şəxs qismində səkkiz yaşlı Fidan Qəhrəmanova (ad-soyad şərtidir) ifadə verib. O deyib ki, O.Ziyadovun bacısı ona dayəlik edib:

“Anam xaricə gedib-gəlirdi, ona görə mənə dayə tutmuşdular. Arada dayəm məni öz evlərinə aparırdı. Biz hamımız bir otaqda qalırdıq. Dayəmin qardaşı Osman dəfələrlə mənə təcavüz edib. Axşam yatanda bunu təkrar edirdi, əli ilə ağzımı tuturdu ki, qışqırmayım”. 

Səkkiz yaşlı qız bunları danışarkən məhkəmədə ağlayıb. 

Prosesdə fasilə yaranıb. 

Bundan sonra şahidlər və F.Qəhrəmanovanın anası ifadə verib. 

Qeyd edək ki, O.Ziyadova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi açılıb və o, həbs edilib.


www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri