Dek
2018
16:14
124
26
4810
Virtual karabakh

“İnterpol”un həbs etdiyi azərbaycanlı yarım milyondan çox pul “atıb”

4 Dek, 2018
16:14
4810

“İnterpol”un həbs etdiyi azərbaycanlı yarım milyondan çox pul “atıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş İbrahim Səfərov ifadə verib. 

O deyib ki, RİÇ firmasının təsisçisi kimi, 1996-99-cu illərdə “Azərbaqqaliyə” TTK-dan bir neçə dəfə şəkər tozu alıb.

Onun sözlərinə görə, xaricdən mal almaq üçün pulu Emil Xəlilova verib. Zərərçəkmiş İ.Səfərov ona 675 min manat zərər dəydiyini deyib:

“Məni mal almaq adı ilə aldatdı. Pulum bu günə qədər qaytarılmayıb. Şikayətim var, pulumu geri tələb edirəm”. 

Proses dekabrın 6-da davam etdiriləcək. 

İttiham görə, E.Xəlilov 1996-1999-cı illərdə hazırkı məzənnə ilə dövlətə 3 milyon 381 min AZN zərər vurub.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

E.Xəlilov uzun müddət beynəlxalq axtarışda olub. O, bu il avqustun 8-də Ukraynada həbs edilib və Azərbaycana ekstradisiya olunub.

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri