Dek
2018
12:49
8
109
3829
Virtual karabakh

Nazim İbrahimovun qardaşı məhkəmədə özünü təqsirli bilmədi

5 Dek, 2018
12:49
3829

Nazim İbrahimovun qardaşı məhkəmədə özünü təqsirli bilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimovun cinayət işi üzrə işi üzrə məhkəmə istintaqı başlayıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror Fəhmin Hümbətov ittiham aktını elan edib. 

İttihama münasibət bildirən S. İbrahimov özünü təqsirli bilməyib. ə

Sonra zərərçəkmiş Mərdan Vəliyev ifadə verib. O deyib ki, 2013-cü ilə o, “STS” şirkətindən mənzil almaq üçün müqavilə bağlayıb. Bağlanan müqavilənin dəyərinin 105 min 270 manat məbləğində olduğunu deyən zərərçəkmişin sözlərinə görə, aldığı mənzilin sonradan başqa adama satıldığı üzə çıxıb:

“Mənzil təmir olundu, qapısı da qoyuldu. Mənzilə köçmək istəyəndə məlum oldu ki, ev başqasına satılıb. Mənə dedilər ki, sizə başqa mərtəbədə ev veriləcək. Lakin mən razılaşmadım, şikayət etdim. Bundan sonra mənzili mənə qaytardılar. Hazırda ev məndədir və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbim yoxdur”. 

Zərərçəkmiş şəxs təqsirləndirilən S.İbrahimovu tanımadığını, müqavilənin Məzahir Cəfərovla imzalandığını deyib. 

Digər zərərçəkmiş Etibar Allahverdiyevin vəkili Xəqani İmanov çıxış edərək, müvəkkilinin Rusiyada olduğunu, işləri ilə əlaqədar məhkəməyə gələ bilmədiyini bildirib. X.İmanov deyib ki, E.Allahverdiyev “STS” şirkətindən mənzil almaq üçün S.İbrahimova müraciət edib:

“Sahib İbrahimov isə Xətai rayonunda inşa edilən binada iki mənzilin boş olduğunu bildirib. İki mənzil üçün 162 min 400 dollar pul istənilib. Bu pul Sahib İbrahimovun möhürü ilə şirkətin kassasına ödənilib. Ancaq bizə hələ də mənzil verilməyib.

Mən S.İbrahimovla görüşsəm də o, mənə mənzilin qaytarılacağı barədə söz verib, lakin vədinə hələ də əməl etməyib”. 

Zərərçəkmiş şəxsin nümayəndəsi dəymiş zərərin ödənilməsini tələb edib və ötən prosesdə mülki iddianı məhkəməyə təqdim etdiyini xatırladıb. 

Təqsirləndirilən S.İbrahimov isə zərərçəkmiş şəxsi tanımadığını qeyd edib:

“Mənimlə müqavilə imzalanmayıb, Etibar Allahverdiyevi heç vaxt görməmişəm”. 

S.İbrahimovun vəkili Rəna Məmmədova da zərərçəkmiş şəxs Etibar Allahverdiyevin özünün məhkəməyə çağırılıb dindirilməsini istəyib. 

Proses dekabrın 12-dək təxirə salınıb. 

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri