Dek
2018
15:04
204
34
8784
Virtual karabakh

“Range Rover”lə qəza törədən polis serjantı məhkəmə qarşısında

6 Dek, 2018
15:04
8784

“Range Rover”lə qəza törədən polis serjantı məhkəmə qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Oxu.Az-ın xəbərinə görə, artıq tərəflər cinayət işi materialları tanış olublar. 

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə məlum olacaq. 

Qeyd edək ki, bu il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. 

Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib. 

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri