Dek
2018
10:20
144
20
5613
Virtual karabakh

Məhkəmə sevgilisini intim fotolarla şantaj edən şəxsi cəzalandırdı

7 Dek, 2018
10:20
5613

Məhkəmə sevgilisini intim fotolarla şantaj edən şəxsi cəzalandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Qaradağ rayonunda hədə-qorxu yolu ilə tələb etmədə təqsirləndirilən Miryusif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın xəbərinə görə, Qaradağ rayon Məhkəməsinin hökmü ilə M.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. 

Ona şərti cəza verilib və məhkəmə zalından sərbəst buraxılıb.

İttihama görə, bu il martın 9-da Bakı şəhər sakini Əfsanə Babayeva (ad və soyad şərti verilib – red.) Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə ərizə ilə müraciət edib.

O qeyd edib ki, 2017-ci ilin martından cari il martın 9-dək olan müddətdə tanışı Miryusif Məmmədov onu şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

Miryusif Məmmədov ondan 5140 manat və 4000 ABŞ dolları alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Miryusif Məmmədov həbs edilib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri