10 
Dek
2018
16:02
17
141
4667
Virtual karabakh

Bacısının sevgilisini öldürən şəxs həbs edildi

10 Dek, 2018
16:02
4667

Bacısının sevgilisini öldürən şəxs həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayon Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Elnur Abdullayevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. 

E.Abdullayev barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

İttihama görə, Zabrat qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləyən 32 yaşlı Murad Quliyev Qəbələ rayon sakini, 27 yaşlı Elnur Abdullayev tərəfindən qısqanclıq zəminində öldürülüb.

Məlumata görə, əvvəllər iki dəfə evli olmuş və hər iki həyat yoldaşından boşanan Murad internet vasitəsilə iki uşaq anası olan Qəbələ sakini ilə tanış olub. Gənc qadınla Murad arasında isti münasibətlər yaranıb və o, uşaqlarını Qəbələdə ataraq Bakıya gəlib. Burada Muradla həmin qadın iki aya yaxın birgə yaşayıblar. Daha sonra onlar birgə Qəbələyə gediblər.

Məqsəd isə qadının rəsmi nikahda olduğu şəxsdən boşanmaq üçün məhkəməyə müraciət etmək olub. Lakin Qəbələdə olarkən qadının ailə üzvləri onun Muradla Bakıya qayıtmağına icazə verməyib və həmin şəxsin el adət-ənəsi ilə gəlməsini istəyib.

Bundan sonra Murad Quliyev Bakıya gəlib. Lakin o, qeyri-rəsmi münasibətdə yaşadığı qadının ailəsinin istədiyi kimi etməyib və onlarla əlaqəni tamamilə kəsib. Bu səbəbdən qadının qardaşı Elnur Abdullayev özü ilə bıçaq götürərək Bakıya yola düşüb. O, paytaxtda iki gün ərzində Muradı axtarıb və nəhayət, onu Zabratda işlədiyi avtoyuma məntəqəsində tapıb.

Gənc oğlan bacısını aldatmış şəxsə hücum edərək bıçaqla ona 10-dan artıq zərbə endirib. M.Quliyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri