10 
Dek
2018
14:36
12
64
3896
Virtual karabakh

Arif Qazıyevin adı keçən cinayət işində məhkəmə tərkibinə etiraz

10 Dek, 2018
14:36
3896

Arif Qazıyevin adı keçən cinayət işində məhkəmə tərkibinə etiraz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin  məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az xəbər verir ki, hakim Rahib Salmanovun icraatında olan prosesdə təqsirləndirilən Ə.Əbdüləziz iclasın əsassız şəkildə uzanmasını və düzgün araşdırılmadığını səbəb gətirərək, hakimlərə etiraz edib:

“Mənə qarşı qondarma ittiham irəli sürülüb. Lakin hakimlər bunu araşdırmır. İndiyədək verdiyim heç bir vəsatət təmin edilməyib. Buna görə məhkəmə tərkibinə etiraz edirəm, qoy, bu işə başqa hakimlər baxsın”. 

Məhkəmə Ə.Əbdüləzizin vəsatətini baxılmamış saxlayıb. 

Vəsatətə dekabrın 17-də baxılacaq. 

Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenari müəllifi  Arif Qazıyevin də adı şahid qismində keçir.

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri