11 
Dek
2018
16:43
101
49
11307
Virtual karabakh

İlhamə Quliyevanın oğlu haqqında qərar verildi

11 Dek, 2018
16:43
11307

İlhamə Quliyevanın oğlu haqqında qərar verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın verdiyi xəbərə görə, Binəqədi Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən O.Nadirovun vəkili Hüseyn Eynullayev müdafiə nitqi ilə çıxış edib.

Vəkil deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən zərərçəkmişə dəyən ziyan tam şəkildə ödənilib:

“Eyni zamanda, Orxan Nadirov məhkəmədə səmimi ifadələr verib və bu işin obyektiv araşdırılmasına öz etirafedici ifadələri ilə bir növ kömək göstərib. O, əməlindən peşmandır”. 

Vəkil bu halları nəzərə almaqla, məhkəmədən O.Nadirov barəsində həbslə bağlı olmayan hökm verilməsini xahiş edib. 

O. Nadirov söz deyərək, əməlindən peşman olduğunu bildirib. 

Sonra hökm oxunub. 

Hökmə əsasən, O.Nadirov barəsində şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. 

O, 1000 manat məbləğində cərimə olunub. 

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri