13 
Dek
2018
11:16
9
69
3901
Virtual karabakh

Bakıda televiziyaya basqın edən şəxslərlə bağlı qərar verildi

13 Dek, 2018
11:16
3901

Bakıda televiziyaya basqın edən şəxslərlə bağlı qərar verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirli bilinən Kamil Əliyev, Asib Kambarov, Kamran Süleymanov, Rəşad Əhmədzadə və Orxan Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi baş çatıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. 

Qərara əsasən, təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi barədə verdikləri apellyasiya şikayətləri təmin olunmayıb.  

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Əliyev 11 il, Asib Kambarov və Kamran Süleymanovun hər biri səkkiz il, Rəşad Əhmədzadə doqquz il, Orxan Əliyev isə səkkiz il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər Xətai rayonu ərazisində yerləşən “Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəliblər. Onlar şirkətin seyfində olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçıblar.

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri