13 
Dek
2018
11:46
79
17
2614
Virtual karabakh

Maşını avtobusa çırpan sürücü məhkəmə qarşısında

13 Dek, 2018
11:46
2614

Maşını avtobusa çırpan sürücü məhkəmə qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Qazax yolunun Qaradağ rayonu hissəsində bir nəfərin ölməsi, bir neçə nəfərin müxtəlif dərəcəli xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rövşən Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayır. 

Oxu.Az-ın xəbərinə görə, cinayət işi Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun icraatında araşdırılacaq. 

Məhkəmənin hazırlıq iclası dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki, iyulun 12-də, saat 08:00 radələrində Əliyev Rövşən İsa oğlu “Mercedes Benz” markalı, 90-OJ-802 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qaradağ rayonu ərazisində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun tələblərini pozmaqla sükan arxasında yuxulayaraq eyni istiqamətdə hərəkətdə olan Babayev Calal Əjdər oğlunun idarə etdiyi “Deltabus” markalı, 10-TF-383 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu arxadan vurub.

Nəticədə, avtobusda olan sərnişinlərdən Gülmalıyeva Nəzakət Alxas qızı hadisə yerində ölüb, digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ümumilikdə 32 nəfər hadisə nəticəsində zərər çəkib. 

R.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. 

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri