13 
Dek
2018
17:15
155
21
6815
Virtual karabakh

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq əməkdaşına cəza istənildi

13 Dek, 2018
17:15
6815

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq əməkdaşına cəza istənildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rufullayev Azad Sultan oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O bildirib ki, A.Rufullayevin cinayət əməli məhkəmə istintaqı dövründə də sübuta yetirilib. 

Prokuror onun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Azad Rufullayev Əjdər adlı şəxslə qabaqcadan əlbir olaraq Azad Şərifova qarşı külli miqdarda dələduzluq edib. Azad Şərifovdan İraqda biznes qurmaq adı ilə 456 min manat alınıb. 

Azad Rufullayevə qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 312-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

A. Rufullayev Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı olub. 

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri