Yan
2019
11:15
5
149
2988
Virtual karabakh

Dostunu ürəyindən bıçaqladı - MƏHKƏMƏ

8 Yan, 2019
11:15
2988

Dostunu ürəyindən bıçaqladı - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elxan Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxışı yanvarın 11-nə təyin edilib. 

Qeyd edək ki, hadisə ötən il Bakının Nəsimi rayonunda baş verib. 1994-cü il təvəllüdlü Türkiyə vətəndaşı Altürk Mazlum Bülbül prospektində yerləşən restoranda azərbaycanlı dostu E.Əliyevə qonaqlıq verdikdən onunla sonra mübahisə edib.

Nəticədə, A.Mazlum dostu tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. 

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan E.Əliyevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və həbs-qətimkan tədbiri seçilib. 

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri