Yan
2019
16:28
128
47
2682
Virtual karabakh

Alimentə görə qayınatasını öldürən şəxsə cəza istənildi - 19 İL

8 Yan, 2019
16:28
2682

Alimentə görə qayınatasını öldürən şəxsə cəza istənildi - 19 İL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. 

O, S.Şabanovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Qeyd edək ki, hadisə ötən il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Samir küt alətlə Hətəm Şabanovu qətlə yetirib. H.Şabanov Samirin keçmiş qayınatası olub.

Onların arasında alimentin ödənilməsinə görə mübahisə yaranıb və Samir sonuncunu qətlə yetirib. 

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri