10 
Yan
2019
17:47
29
316
9760
Virtual karabakh

Məhəlləyə qızla gəldiyi üçün tanışını öldürdü - MƏHKƏMƏ

10 Yan, 2019
17:47
9760

Məhəlləyə qızla gəldiyi üçün tanışını öldürdü - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Emil Heydərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, çıxışında təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib. Prokuror E.Heydərovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi yanvarın 17-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayının 18-də Sabunçu rayonunda baş verib. E.Heydərov Sabunçu qəsəbə sakini Nicat Həziyevi qətlə yetirib.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci polis bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş E.Heydərov saxlanılıb.

İlkin məlumata görə, 19 yaşlı Emil Heydərov qətlə yetirdiyi 1992-ci il təvəllüdlü Həziyev Nicat Qulam oğlu ilə bir məhəllədə yaşayıb.

Polis tərəfindən saxlanılan Emil bildirib ki, özündən altı yaş böyük Nicatı mübahisə zəminində öldürüb.

O deyib ki, Nicatın bəzi hərəkətlərindən xoşu gəlməyib. Belə ki, 25 yaşlı Nicat Həziyevin məhəllədə qızla gəzməsi Emili narahat edib. O, məhəllədən tanıdığı Nicata “hamımızın ana-bacısı var, belə hərəkətlər lazım deyil” kimi irad bildirib. Bundan sonra onların münasibəti kəskinləşib və aralarında münaqişə yaranıb. Münaqişə zəminində 19 yaşlı Emil Nicatı bıçaqlayaraq öldürüb.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri