11 
Yan
2019
14:17
83
13
2673
Virtual karabakh

“Cip”lə oğurluğa gedən şəxslərə cəza istənildi

11 Yan, 2019
14:17
2673

“Cip”lə oğurluğa gedən şəxslərə cəza istənildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Nurlan Ağayev, Sərhat Əmirov, Mirasəf Kərimli, Novruz Salayev Mədət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror Ceyhun Budaqov çıxış edib.  

O deyib ki, təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilib.

Prokuror Novruz Salayevin 11 il, Sərhat Əmirovun 5 il, Nurlan Ağayevin 5 il, Mirasəf Kərimlinin 4 il, Mədət Hüseynovun isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Məhkəmə iclası yanvarın 18-də davam etdiriləcək. 

Rəsmi məlumata əsasən, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Novruz Salayevi saxlayıb.

Müəyyən edilib ki, N.Salayev ətrafına topladığı şəxslərlə birlikdə Suraxanı rayonu ərazisində silsilə mənzil oğurluqları törədib. Əməliyyat tədbirləri nəticəsində qeyd edilən qrupun digər üzvləri - Bakı şəhər sakinləri N.Ağayev, S.Əmirov, M.Hüdeynov və M.Kərimli saxlanılıblar.

Dəstə üzvlərinin cinayət yolu ilə ələ keçirdikləri məişət avadanlıqları və digər qiymətli əşyalar N.Salayevin avtomobili ilə onun yaşadığı evə aparılıb. Oğurluq əşyaların bir qismi elə həmin evdən aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Qeyd edək ki, polis N.Salayevin yaşadığı evə baxış keçirərkən oradan ümumilikdə 4,5 kq-dan çox qurudulmuş marixuana, 3 qrama yaxın heroin, çətənə toxumu və “Maqnum” markalı tapança aşkar olunaraq götürülüb.

Əməliyyat zamanı məlum olub ki, həbs edilən şəxslər oğurluğa “Cip”lə gediblər.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri