11 
Yan
2019
17:41
74
14
2475
Virtual karabakh

Məhkəmə “Yanğın işi”nə görə Səhiyyə Nazirliyinə sorğu göndərəcək

11 Yan, 2019
17:41
2475

Məhkəmə “Yanğın işi”nə görə Səhiyyə Nazirliyinə sorğu göndərəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Ceyhun Orucov ifadə verib. 

O deyib ki, hadisə ərəfəsində mərkəzdə narkotik maddə qəbulundan əziyyət çəkdiyi üçün müalicə alıb:

“Hadisə günü səhər saat 6-ya işləmiş yuxudan oyanıb, tualetə getdim. Qayıdanda artıq yanğın başlamışdı. Çöldə mühafizəçi ilə tanımadığım bir xəstə var idi. Şüşədəki su ilə yanğını söndürmək üçün içəri girdim, lakin çox tüstü idi. Tez mənimlə eyni palatada yatan Fəridi oyatdım, sonra 18-ci otaqda olan bir xəstəni nə qədər çağırdımsa, qalxmadı. Digər xəstələrə də yardım etmək mümkün olmadı”.

Daha sonra təqsirləndirilən M.Abdullayevin vəkili Elnur Salmanov vəsatət qaldırıb. O, mərkəzdə işlərin gedişinə, təhlükəsizlik qaydasına və həmin  xidmətin yararlılığına Səhiyyə Nazirliyindən nəzarət edən vəzifəli şəxsin dindirilməsinin zəruri olduğunu deyib:

“Bu səbəbdən həmin şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinə sorğu göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm”. 

Vəsatət təmin edilib. 

Məhkəmə prosesi yanvarın 15-də davam etdiriləcək.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri