14 
Yan
2019
10:21
16
456
9959
Virtual karabakh

Arvadını namaz üstündə bıçaqladı - MƏHKƏMƏ

14 Yan, 2019
10:21
9959

Arvadını namaz üstündə bıçaqladı - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Namiq Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Oxu.Az xəbər verir ki, hakim Rəşad Hüseynovun sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin yayında Ağsu rayonunun Qaraqaşlı kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü N.Həsənov həyat yoldaşı, 1992-ci il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızını bıçaqlayıb.

Yaralı təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

N.Həsənov arvadının kürək, qol, bilək və sinə nahiyəsinə yeddi bıçaq xəsarəti yetirib. Ailə üzvlərinin bildirdiyinə görə, qadın namaz qılarkən kişi arxadan ona qəflətən hücum edərək bıçaqlamağa başlayıb. Hadisəni törədən şəxs qaçsa da, polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri