14 
Yan
2019
13:39
93
149
4144
Virtual karabakh

Nardaran sakinindən silah müsadirə olundu - VİDEO

14 Yan, 2019
13:39
4144

Nardaran sakinindən silah müsadirə olundu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə əvvəllər dəfələrlə məhkum olunmuş Nardaran qəsəbəsi sakini Həbib Qasımovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. 

DİN-dən Oxu.Az-a verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb.

Onu yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı torpağa basdırılmış “Makarov” markalı tapança, yeddi ədəd patron və bir ədəd sandıqça aşkar olunaraq götürülüb.

H.Qasımov həmin silah-sursatın ona məxsus olduğunu etiraf edərək, tapançanı 10 il əvvəl dəniz kənarından tapdığını və həmin vaxtdan torpağa basdıraraq gizlətdiyini bildirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri