14 
Yan
2019
14:08
230
34
13875
Virtual karabakh

Bakı sakini namus üstündə bacanağını öldürdü

14 Yan, 2019
14:08
13875

Bakı sakini namus üstündə bacanağını öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şahin Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Oxu.Az xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

İttihama münasibət bildirən Ş.Qasımov özünü təqsirli bilib. O, bacanağını namus üstündə öldürdüyünü deyib:

“Qızım ailə həyatı qursa da, sonradan boşanmışdı və ata evində qalırdı. Bir gün bacanağım Müşviq Abbasov bizə gəldi, yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə onu bıçaqladım”. 

Ş.Qasımov əməlindən peşman olmadığını deyib:

“Müşviqin bu binamus hərəkətlərindən xəbərsiz idim. Müşviq qızıma pulla cinsi əlaqəyə girməyi təklif edib. Belə qeyrətsiz adamı yaxşı ki öldürdüm”. 

Proses yanvarın 21-də davam etdiriləcək. 

Qeyd edək ki, hadisə Xırdalanda baş verib. Ş.Qasımov aralarında yaranan münaqişə zəminində bacanağı Müşviq Abbasovu qətlə yetirib. 

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri