15 
Yan
2019
17:08
133
10
4325
Virtual karabakh

Dustaq azad etdirmək adı ilə dələduzluq edən şəxs cəza aldı

15 Yan, 2019
17:08
4325

Dustaq azad etdirmək adı ilə dələduzluq edən şəxs cəza aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə və dələduzluqda təqsirləndirilən Vüqar Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. 

Hökmə əsasən, V.Allahverdiyev doqquz il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, V.Allahverdiyev həbsxanada olan zaman məhkum edilmiş şəxslərin və onların yaxın qohumlarının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib.

Zərərçəkmiş şəxslərin müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Araşdırma zamanı V.Allahverdiyevin Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanıldığı müddətdə bir neçə dələduzluq əməli törətdiyi üzə çıxıb.

Belə ki, həbsxanada ona telefonla olan danışıq hüququndan istifadə etməsi üçün yaradılmış şəraitdən yararlanaraq özü ilə birlikdə cəza çəkən ayrı-ayrı şəxslərin yaxın qohumlarına zəng etməklə həmin məhkumların adlarının əfv olunan şəxslər siyahısına saldıracağını bildirib. Naməlum şəxslər vasitəsilə Kəmalə Quliyevadan 3000, Firdovsi Məmmədovdan 2500, Namiq Həsənovdan 3000 manat alıb.

Cinayət işi üzrə həmin hallar araşdırılarkən müəyyən edilmiş digər qanunsuz hərəkətləri törətməsinə şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.2.2 (təkrar törədilməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.

V.Allahverdiyev ona qarşı irəli sürülmüş ittihamla özünü günahkar bilməyib. Heç kimdən əfv üçün pul almadığını deyib. Bəzi şəxslərdən isə borc pul aldığını bildirib.

Məhkəmədə məlum olub ki, bu iş üzrə altı nəfər zərərçəkmiş var.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri