16 
Yan
2019
14:00
32
146
4256
Virtual karabakh

Məhəllədə köynəksiz gəzən qonşusunu bıçaqlayana cəza istənildi

16 Yan, 2019
14:00
4256

Məhəllədə köynəksiz gəzən qonşusunu bıçaqlayana cəza istənildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Əzizağa Bünyatovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinov ittiham nitqi ilə çıxış edib.

O deyib ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı zərərçəkmiş və şahidlərin ifadələri ilə də tam sübuta yetirilib. 

Prokuror Ə. Bünyatovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, yeddi il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Proses yanvarın 23-də davam etdiriləcək. 

Qeyd edək ki, hadisə bu il Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Çiçək küçəsində baş verib. 1960-cı il təvəllüdlü Bünyatov Əzizağa Əlimürsəl oğlu mübahisə zəminində qonşusu, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğluna bir neçə bıçaq xəsarəti yetirib. Münaqişəyə səbəb sonuncunun küçədə köynəksiz gəzməsi olub.

Yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə aparılıb, onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxs isə 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib. 

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb və rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri