17 
Yan
2019
09:05
14
137
6921
Virtual karabakh

Sabirabadda iki qardaş qadın üstündə düşən davada bıçaqlandı

17 Yan, 2019
09:05
6921

Sabirabadda iki qardaş qadın üstündə düşən davada bıçaqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün saat 00:30 radələrində Sabirabad rayonunun Qaragüney kəndində bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, 1957-ci il təvəllüdlü yerli sakinlər - Məmmədov Tofiq Heybət oğlu və onun 1968-ci il təvəllüdlü qardaşı Məmmədov Rafiq Heybət oğlu bıçaq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Hər iki qardaş bədənlərinin müxtəlif yerlərindən çoxsaylı kəsilmiş-deşilmiş yaralarla əməliyyat olunublar. Hadisənin digər iştirakçıları - Qaragüney kənd sakinləri, 1950-ci il təvəllüdlü Abbasov Eldar Abbas oğlu və 1983-cü il təvəllüdlü Nağıyev Sənan Sabir oğlu da müxtəlif bədən xəsarətləri ilə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdiriliblər. Davaya qadının keçmiş ərinə qoşularaq qaçması səbəb olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri