18 
Yan
2019
22:03
494
64
15113
yuxarı
Sumqayıtda sələmçi qadın öldürüldü - MƏHKƏMƏ
18 Yan, 2019
22:03
15113
494
64
Sumqayıtda sələmçi qadın öldürüldü - MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu.Az-ın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı yanvarın 24-nə təyin edilib.
Qeyd edək ki, ötən il Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində 66 yaşlı Minayə Həsənlinin üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə tapılıb.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.
Xatırladaq ki, öldürülən qadının Sumqayıtda sələmçiliklə məşğul olduğu bildirilir.
Etibar Məmmədov
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək