18 
Yan
2019
15:25
9
118
4073
Virtual karabakh

Məktəblini öldürməyə cəhd edən yeniyetmə ilə bağlı ekspertizanın rəyi açıqlandı

18 Yan, 2019
15:25
4073

Məktəblini öldürməyə cəhd edən yeniyetmə ilə bağlı ekspertizanın rəyi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yeddi yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən 1998-ci il təvəllüdlü Mövsüm Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə M.Bağırov barədə təyin edilən psixiatrik ekspertizanın rəyi elan edilib. 

Rəydə göstərilib ki, M.Bağırov hadisəni törədərkən anlaqlı vəziyyətdə olub. 

Sonra məhkəmə istintaqının tamamlandığı elan edilib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Proses yanvarın 22-dək təxirə salınıb.  

Qeyd edək ki, hadisə bu il Bakının Xəzər rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü M.Bağırov qonşuluqda olan yeddi yaşlı Alı Vəliyevin başına daş çırparaq öldürməyə cəhd edib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisəyə yeddi yaşlı uşağın M.Bağırovun üzərinə pirotexniki maddə atması səbəb olub. Polis tərəfindən saxlanan M.Bağırovun barəsində Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. 

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri