21 
Yan
2019
15:13
6
84
3434
Virtual karabakh

İcra Hakimiyyətinin rəsmisi rüşvət hadisəsindən danışdı - MƏHKƏMƏ

21 Yan, 2019
15:13
3434

İcra Hakimiyyətinin rəsmisi rüşvət hadisəsindən danışdı - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Çingiz Hacıyev ifadə verib. 

Xətai Rayon İcra Hakimiyyətində memar vəzifəsində işlədiyini deyən Ç.Hacıyevin sözlərinə görə, vətəndaş müraciəti əsasında layihə razılaşdırılandan sonra tikinti başlaya bilər. O, iş üzrə zərərçəkmiş şəxsi tanımadığını qeyd edib:

“Mənim işim eskiz layihəsi çəkib, vətəndaşa təqdim etməkdir. Bu işlə bağlı bizə də müraciət olunub, razılaşma olduğu üçün icazə vermişik. Burada adı keçən Elsevər Rufullayev adlı şəxsi tanımıram. Şəxsən o adam mənə müraciət etməyib. Mənim fikrimcə, Elsevər Qaçaya müraciət edib, o da gedib əraziyə baxıb, gəlib, mənə məlumat verib. Bundan sonda layihə çəkilib”. 

Şahid ifadəsinin sonunda zərərçəkmiş şəxsin X.Məmmədova iş müqabilində hər hansı məbləğdə pul verdiyindən xəbərsiz olduğunu qeyd edib. 

Proses yanvarın 24-də davam etdiriləcək. 

Qeyd edək ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. O, Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almada təqsirli bilinir.

İttiham aktına əsasən, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə görə rüşvət alıb. 

Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. 

X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur. 

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri