24 
Yan
2019
11:51
91
10
1570
Virtual karabakh

Azərbaycanda dələduzluq edən Hindistan vətəndaşları ilə bağlı qərar verildi

24 Yan, 2019
11:51
1570

Azərbaycanda dələduzluq edən Hindistan vətəndaşları ilə bağlı qərar verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dələduzluqda və qanunsuz miqrasiyanın təşkilində təqsirləndirilən Hindistan vətəndaşları Mohammad Sakir, Alimuddin Saiq, SK Allarakha və Pakistan İslam Respublikasının vətəndaşı Sajid Frazın apellyasiya şikayətinə baxılıb. 

Oxu.Az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. 

Qərara görə, təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi barədə verdikləri şikayət təmin olunmayıb. 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Sakir 10 il, Alimuddin Shaikh, SK Allarakhanın hər biri 9 il, Sajid Fraz isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmü ilə həmin şəxslər əsas cəzanı çəkdikdən sonra məcburi qaydaya Azərbaycandan çıxarılacaqlar.

İstintaqla müəyyən edilib ki‚ Hindistan vətəndaşı Mohamed Shakir 12 oktyabr 2017-ci ildən Bakı şəhərinə gəlib məskunlaşdıqdan sonra xarici ölkələrdə işləmək niyyətində olan Hindistan vətəndaşlarının pul vəsaitlərini ələ keçirmək məqsədilə 2017-ci ilin oktyabr ayından 2018-ci ilin yanvarınadək olan dövrdə SK Allarakha, Alimuddin Shaikh, Sajid Frazdan ibarət mütəşəkkil dəstə yaradıb.

Hindistanda fəaliyyət göstərən konsaltinq şirkətlər vasitəsilə Azərbaycan Neft Sənayesi müəssisələrində yüksək əməkhaqqı vəd edilən iş yerlərinə işçi axtarılması, həmçinin, ali tədris müəssisələrində təhsil almaq imkanları barədə təbliğat işləri aparıblar. 

Hindistan vətəndaşlarının konsaltinq şirkətlərə ödədikləri 1200-4600 dollar məbləğində pulların bir hissəsi Mohammed Sakirin bank hesabına köçürüldükdən sonra elektron turist vizası və aviabiletlərlə təmin olunaraq həmin şəxslərin Bakıya gəlməsi təşkil olunub. 

Hava limanında zərərçəkmişləri dəstənin digər üzvləri qarşılayıblar və Sabunçu rayonunun Maştağa, Ramana və Balaxanı qəsəbələrindəki fərdi yaşayış evlərinə aparılıblar.

Daha sonra isə onlara verilən vəd puç çıxıb və heç biri işlə təmin olunmayıb. Azərbaycanda qalmaq üçün vizanın müddəti bitdiyinə görə də onlar gizli yaşamalı olublar.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri