24 
Yan
2019
15:16
94
13
1559
Virtual karabakh

Bakıda tanışını bıçaqlayan şəxs cəza aldı

24 Yan, 2019
15:16
1559

Bakıda tanışını bıçaqlayan şəxs cəza aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şabranda tanışını bıçaqlamaqda təqsirləndirilən İlkin Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Hökmə əsasən, İ.Novruzov 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə 2018-ci ilin oktyabr ayında Şabranın mərkəzində yerləşən bazarda baş verib.

1992-ci il təvəllüdlü İ.Novruzov tanışı, 1996-ci il təvəllüdlü Elməddin Əmiraslanovla aralarında yaranan şəxsi münasibətlər zəminində mübahisə edib. İ.Novruzov tanışına bir neçə bıçaq zərbəsi vurub.

22 yaşlı E.Əmiraslanov Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində İ.Novruzov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri