Fev
2019
14:43
22
198
14367
Virtual karabakh

Guya mən ona dərman verdim, sonra cinsi əlaqədə olduq - MƏHKƏMƏ

5 Fev, 2019
14:43
14367

Guya mən ona dərman verdim, sonra cinsi əlaqədə olduq - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Oxu.Az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

İttihama münasibət bildirən O.Mehrəliyev özünü təqsirli bilmədiyini deyib. 

Sonra zərərçəkmiş şəxs qismində Xətai Yusubov ifadə verib. 

Onun sözlərinə görə, O.Mehrəliyevlə ortaq dostu Namiq adlı şəxs vasitəsilə sosial şəbəkədə tanış olub. O, təqsirləndirilən şəxsin məhkəmə işlərinin həllində hüquqşünas kimi kömək göstərib:

“Bizim çox yaxşı dostluq əlaqəmiz olub. Bir gün Orxan dedi ki, Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə vakansiya var, ona görə məndən əvvəl 100 min manat pul istədi. Biz 50 min manata razılaşdıq, pulu da Orxana verdik. Sonra Rizvan Abbasovun işlədiyi yerə gedib, danışdıq. O, məndən Ədliyyə Nazirliyindən arayış almaq üçün daha 2500 manat pul istədi. Həmin məbləği də onlara verdim. Bir qədər keçəndən sonra bildim ki, Müdafiə Nazirliyində boş yer yoxdur, aldadıldığımı başa düşdüm”.

X.Yusubov ifadəsinin davamında vurğulayıb ki, bu işə görə daha əvvəl Rizvan Abbasovla bağlı Hərbi Prokurorluğa müraciət edib:

“Sonra işi Sumqayıt Prokurorluğuna göndərdilər. Əslində, Orxana 67 min manat pul vermişəm, lakin istintaq orqanı mənim 52 500 manat zərər çəkdiyimi qeyd edib. Orxan istintaqda ifadəsində söyləyib ki, guya mən evimdə ona suya dərman qatıb vermişəm, sonra mənimlə cinsi əlaqədə olub”.

Hakim zərərçəkmiş şəxsin cinsi əlaqə ilə bağlı dediklərinin protokola qeyd edilməyəcəyini deyib:

“Bu, sizin şəxsi işinizdir, ittihama aidiyyəti yoxdur”. 

Məhkəmə prosesi fevralın 12-də davam etdiriləcək. 

İttihama görə, O.Mehrəliyev köməkçisi olduğu tanınmış müğənni Abbas Bağırovun Bakı şəhər Yasamal rayonunda Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 35 min manat olan 28 kvadratmetr torpaq sahəsini ələ keçirib.

Həmçinin, o, Abbas Bağırova məxsus, yuxarıda adı çəkilən torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək 10 min manat alıb.

Bundan başqa o, Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 min 500 manat alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib.

O, Maman Nadirovdan 2017-ci ildə 3500 manat alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri