Fev
2019
14:16
125
46
4557
Virtual karabakh

Türk sevgilisini öldürən azərbaycanlı qadına hökm oxundu

6 Fev, 2019
14:16
4557

Türk sevgilisini öldürən azərbaycanlı qadına hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Konya şəhərində doqquz aylıq körpəsini boğduğunu iddia edərək, 34 yaşlı sevgilisi Ümid Gökəri öldürən 28 yaşlı azərbaycanlı Aysel Ehsmeyə hökm oxunub. 

Türkiyənin “Sabah” qəzetinin verdiyi məlumata görə, istintaq qadına 24 il müddətinə həbs cəzası istəyib.

Prosesdə sazərbaycanlı qadın son sözlə çıxış edib:

“Başqalarına zərər verəcək biri deyiləm. Bəraət istəyirəm”.

Məhkəmənin qərarına əsasən, A.Ehsme 16 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, hadisə 2017-ci il yanvarın 1-də Selcuklu rayonunun Bosna Hersek məhəlləsində baş verib. Konyadakı gecə klublarından birində işləyən Aysel 39 yaşlı həyat yoldaşı M.E.-dən iki il əvvəl boşansa da, birlikdə yaşayırmış. Cütlüyün bu müddətdə Əmir adlı oğlu dünyaya gəlib. Daha sonra Aysel körpəsi ilə birlikdə Ümidin evinə köçüb.

Hadisədən bir gün əvvəl Aysel doqquz aylıq övladını sevgilisinin yanına qoyub və işə gedib. Bir neçə saat sonra Ümid uşağı huşsuz vəziyyətdə xəstəxanaya çatdırıb. O bildirib ki, uşaq yataqdan düşüb və huşunu itirib. Həkimlər vəziyyətdən şübhələndikləri üçün polisə məlumat veriblər və Ümid həbs edilib. Ancaq bir müddət sonra azadlığa buraxılıb və Aysellə görüşmək qərarına gəlib.

Görüş zamanı Aysel sevgilisinə körpəni öldürmək istədiyi iddiası ilə hücum edib və yeddi bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan Ümidin həyatını xilas etmək mümkün olmayıb. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri