Fev
2019
17:55
266
27
4459
Virtual karabakh

Yüzlərlə avtomobilin şüşəsini sındıraraq oğurluq edənlər tutulub - FOTO

6 Fev, 2019
17:55
4459

Yüzlərlə avtomobilin şüşəsini sındıraraq oğurluq edənlər tutulub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Nizami rayonu Ə.Hacıyev küçəsində yerləşən paltar mağazalarından birindən oğurluq edilib. 

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Naməlum şəxslər mağazanın giriş qapısını sındıraraq içəridən 450 manat pul götürərək hadisə yerindən qaçıblar. 

Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ceyhun Abbasov və Elxan İsayev saxlanılıblar.

Araşdırmalar zamanı onların başqa cinayətlərinin də üstü aşılıb. 

Belə ki, C.Abbasov və E.İsayevin paytaxt ərazisində və respublikanın ayrı-ayrı bölgələrində yüzlərlə avtomobilin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar etdikləri məlum olub. 

Onlar ifadələrində törətdikləri cinayətləri etiraf ediblər.

Faktla bağlı cinayət işi açılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri